Neymar: İdealım Messi ilə birgə oynamaq əladır
03.08.2013 - 14:18
“Barselona”nın yeni transferi Neymar komandasının sabiq klubu “Santos”la keçirdiyi yoxlama oyunundan sonra mətbuata danışıb. Apasport.az saytının məlumatına görə, braziliyalı hücumçu yeni komandasına yavaş-yavaş öyrəşdiyini deyib.
“Xavi, Sesk, və idealım Messi ilə birgə oynamaq həqiqətən əladır. Bu oyunda mən qol vurmadım, amma yaxın vaxtlarda qollar vurmağa başlayacağam” deyə Neymar bildirib.
Qeyd edək ki, dünən “Barselona” “Santos”la yoxlama oyununda 8:0 hesabı ilə qalib gəlib.

0
0