Rəşad Abdullayev: Qəbələ mənim üçün tanış məkandır
03.08.2013 - 15:09
“Hələ 31 yaşım var. Özümdə 35 yaşa qədər oynamağa güc hiss edirəm. Bütün təcrübəmi ortaya qoyacağam. Mən çox komanda dəyişən futbolçu deyiləm. Mövsüm mənim üçün uğurlu olsa, nəyə görə də “Rəvan”da qalmayım?! Hər şeyi zaman göstərəcək. İşlərim yaxşı getsə, hər şey məni qane etsə, burda qalaram”. Apasport.az saytının məlumatına görə, bunu “Rəvan”ın yeni futbolçusu Rəşad Abdullayev deyib.
Yeni klubunda “27” nömrəli formanı geyinəcək futbolçu klubunun rəsmi saytına “Rəvan”ın iddiaları haqda danışıb: “Rəvan” cari mövsüm ən yüksək yerlər uğrunda oynayacaq. Rəhbərliklə söhbətimiz zamanı da hər şeyin ciddi olduğunu hiss etdim. Məqsəd məncə, ilk “5-liy”ə düşməkdir. Amma bunun üçün startdan uğurlu başlamaq lazımdır. Lap elə “Simurq” ilə oyundan. Onlar ötən mövsüm sürpriz etdi, əsas iddiaçıların başı avrokuboklara qarışdığından zaqatalalılar hamını təəccübləndirdi. Sonradan da ilk “6-lığ”a düşdülər. Belə uğura “Rəvan” da imza ata bilər. Sadəcə, özünəinamı artırmaq və bir az soyuqqanlı olmaq lazımdır”.
Sonda Rəşad bu gün Qəbələdə baş tutacaq “Simurq”la görüşdə oynamağa hazır olduğunu söyləyib: “Bakı” ilə hazırlıqlarda iştirak etmişəm. Yaxşı forma yığmışam. Sadəcə, ola bilsin ki, “Rəvan”dakı futbolçularla hələ bir-birimizi tam başa düşmürük. Axı komandaya 2-3 gündür qoşulmuşam. Amma tədricən bu problem də həll olunacaq. İnşallah, vaxt keçdikcə hər şey düzələcək. Qəbələyə qələbə dalınca gəlmişik. Hər iki tərəf üçün neytral meydandır. Amma mənim üçün tanış məkandır. Axı ötən mövsüm "Qəbələ”də oynamışam. Bəlkə də bunun özü bir işarədir. Məşqçi şans versə, çıxıb öz bacarığımı tam ortaya qoymağa çalışacağam”.
Qeyd edək ki, Rəşad Abdullayev “Rəvan”da 1 il ərzində icarə əsasında çıxış edəcək. O, müqavilə ilə “Bakı”ya məxsusdur.

0
0