Millimizin hücumçusuna istirahət verildi
03.08.2013 - 15:46
İyulun 20-dən Boluda təxminən 15 günlük hazırlıq keçən “Orduspor” burdakı toplanışı başa vurub. Apasport.az saytının məlumatına görə, komandanın məşqçilər heyəti və futbolçularına istirahət verilib.
“Orduspor” bir də avqustun 5-də öz bazasında bir araya gələcək. Türkiyənin 1-ci dəstə təmsilçisi ayın 10-da Samsuna gedəcək. Branimir Subaşiçin komandası burda “Adanaspor”la səfər oyunu öncəsi yerli “Samsunspor”la son yoxlama matçını keçirəcək.
Qeyd edək ki, “Orduspor” Boluda olduğu vaxt “Mersin İdman Yurdu” (0:1), “Payas Bələdiyəspor” (0:0), “Dənizlispor” (2:1), “Tavşanlı Linyitspor” (1:2), “Tuzlaspor” (0:2) və “Kahramanmaraşspor”la (0:0) yoxlama oyunu keçirib. Sonuncu qarşılaşma güclü yağış üzündən 65-ci dəqiqədə yarımçıq dayandırılıb.

0
0