Ceyhun Sultanov “Bakı”da!
03.08.2013 - 16:19
Ceyhun Sultanov “Bakı”da!
“Karyeramı başa vurub “Qəbələ”dən ayrıldıqdan sonra işsiz qalmamışam”. Bunu apasport.az saytına açıqlamasında Ceyhun Sultanov deyib.

Dünən keçirilən “Bakı” – “Qəbələ” oyununda (1:2) topa ilk zərbəni vurmaqla rəsmən futbolçu karyerası ilə vidalaşan Qəbələ klubunun sabiq yarımmüdafiəçisi artıq yeni işinə başladığını deyib: “Futbolla vidalaşacağımı açıqlayanda sabiq klubum “Qəbələ”dən mənə işləməklə bağlı heç bir təklif olunmadı. Amma hazırda işsiz deyiləm və yenə futboldayam. Artıq dünəndən “Bakı” futbol klubunda yeni işimə başlamışam. Əsas komandada seleksioner məşqçi vəzifəsini icra edirəm. Düzdür, hazırkı işim üçün məşqçilik lisenziyası tələb olunmur. Amma inşallah gələcəkdə məşqçilik kateqoriyasını oxumaq fikrim var”.