“Lans”ın prezidenti: Hafiz Məmmədov bilir ki...
03.08.2013 - 16:37
“Hafiz Məmmədovla bizim əsas məqsədimiz qırmızı rəngli forma ilə qızıl medalları qazanıb, yenidən Liqa 1-ə qayıtmaqdır”. Apasport.az saytının məlumatına görə, bunu Fransanın “Lans” klubunun prezidenti Jerve Martel deyib.
Bu həftə Fransanın 1-ci dəstəsində oyunlara start verilib.
“Bakı”nın prezidenti Hafiz Məmmədovun sponsorluq etdiyi “Lans” isə sabah ilk oyununa çıxacaq. Komanda “Bastiya” ilə qarşılaşacaq. Çempionat öncəsi “Lans”ın prezidenti yerli jurnalistlər üçün mətbuat konfransı keçirib.
“Sizin maliyyə tərəfdaşınız olan Hafiz Məmmədovla birlikdə məqsədlərinizi yazılı şəkildə müəyyənləşdirmisiniz” sualına Martel belə cavab verib: “Hafiz Məmmədov futbolu bilən insandır. O, Madrid “Atletiko”sunun səhmdarı və sponsorudur. O bilir ki, futbol komanda idman növüdür və burda barmağını toxundurmaqla nəsə etmək mümkün deyil. Bunu səbirlə, aram-aram etmək lazımdır”.
Martel bildirib ki, Məmmədov komandaya lazımi maddi dəstəyi verəcək: “Mən hətta bunun üçün ona zəng də vurmuram. Biz öz işimizlə məşğuluq. Çalışırıq ki, yüksək səviyyədə oyunçuları, texniki heyəti, azarkeşləri, iqtisadi dəstəyi olan bir komanda quraq. Mənim cənab Məmmədov qarşısında hər hansı bir öhdəliyim yoxdur”.

0
0