“Xəzər Lənkəran” afrikalı futbolçu ilə müqavilə bağladı
03.08.2013 - 17:01
“Xəzər Lənkəran” afrikalı futbolçu ilə müqavilə bağladı
“Xəzər Lənkəran” heyətini kamerunlu forvardla gücləndirib. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, cənublularla 2 illik müqaviləyə imza atan Mbilla Etame Serj Flavye bundan sonra ağ-yaşıl formada çıxış edəcək.

25 yaşlı afrikalı forvard 2008-ci ildən etibarən Türkiyənin 1-ci dəstə təmsilçisi olan “Adanaspor”un uğurları üçün çalışıb. Çıxış etdiyi ilk mövsümdə rəqib qapılarına 10 qol vurmuş Mbilla komandasının aparıcı oyunçularından birinə çevrilib.

Ümumilikdə, Adana təmsilçisinin heyətində 61 qola imza atmış hücumçu 2010/2011 mövsümünün yekunlarına əsasən Türkiyənin aşağı dəstəsinin ən yaxşı bombardiri mükafatına layiq görülüb. Maraqlıdır ki, yeni transfer imza atdığı qollardan yalnız birini penaltidən vurub.

Qeyd edək ki, yaxın saatlarda futbolçunun “Xəzər Lənkəran”ın “Sumqayıt”la oyunöncəsi məşqinə qoşulacağı gözlənilir.