Ramazanov komanda yoldaşını təhqir etməyin cəzasını çəkdi
06.08.2013 - 11:55
Ramazanov komanda yoldaşını təhqir etməyin cəzasını çəkdi
AFFA “Xəzər Lənkəran”ın futbolçusu Ağabala Ramazanovu cəzalandırıb. Apasport.az saytının məlumatına görə, bununla bağlı qurumun İntizam Komitəsi bu gün keçirilən iclasında qərar çıxarıb.

Məsələ ondadır ki, Ağabala əvəzedicilərin çempionatının ilk turunda “Sumqayıt”la səfər matçının 36-cı dəqiqəsində komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Ramazanov bu hərəkətinə görə 3 oyunluq cəzaya, klubu 1000 manat cəriməyə məruz qalıb.

Lənkəran klubu nümayəndəsi oyun qabağı iclasda iştirak etməyindən, 1000 manat cərimə ödəməli olacaq.