Türkiyə Superkubokunun qalibi bəlli oldu
12.08.2013 - 08:54
Türkiyə Superkubokunun qalibi bəlli oldu
Türkiyə Superkuboku uğrunda oyun keçirilib. Apasport.az saytının məlumatına görə, “Qalatasaray” 7-ci dəfə oynanılan bu titulun sahibi olub.

Kayseridə “Kadir Has” stadionunda “Fənərbaxça” ilə keçirilən matçın taleyi əlavə vaxtda həll olunub. Belə ki, az öncə Londonda qazanılan kubokda “Arsenal”a vurduğu 2 qolla böyük pay sahibi olan Didye Droqba yenə öz sözünü deyib.

Fil Dişi Sahili yığmasının hücumçusu 106-cı dəqiqədə başla dəqiq zərbə ilə komandasına 1:0 hesablı qələbə qazandırıb. Bununla da “Qalatasaray” ötən mövsüm olduğu kimi həm çempionluğu, həm də Superkuboku qazanıb. “Fənər”in yeni transferi olan portuqaliyalı müdafiəçi Bruno Alveşin 2-ci hissənin ortasında qırmızı vərəqə alaraq meydandan çıxarılmağı matçın taleyinə böyük təsir edib.