“Azərbaycan millisi ilə oyun taleyimizə aydınlıq gətirəcək”
12.08.2013 - 09:26
“Komandamızın üstünlük verdiyi taktiki sxemi dəyişmək fikrindəyəm. Dünyanın aparıcı yığmaları 3 yarımmüdafiəçi ilə çıxış edir. Bizim də 4-4-2-dən 4-3-3-ə keçmək vaxtımızdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri İsrail millisinin baş məşqçisi baş məşqçisi Eli Qutman deyib.
55 yaşlı mütəxəssis avqustun 14-də Ukrayna ilə keçiriləcək yoxlama oyunu ərəfəsində matçla bağlı fikirlərini açıqlayıb.
Qutman bütün diqqətlərinin DÇ-2014-ün seçmə mərhələsinin sentyabrda keçiriləcək Azərbaycan və Rusiya ilə görüşlərə köklədiklərini, həmin qarşılaşmaların vacibliyini açıqlayıb: “Ümid edirəm ki, bu sxem yığmamıza uyğun gələcək. Ukrayna ilə Kiyevdəki matçın nəticəsinə əsasən, Azərbaycan və Rusiya ilə gələn ay keçiriləcək seçmə oyunlara hazırlığımızın səviyyəsi bəlli olacaq. Ramat-Qan və Sankt-Peterburqdakı həmin 2 matç isə bizim Braziliyada keçiriləcək mundialın seçmə mərhələsindəki taleyimizə aydınlıq gətirəcək”.
Qeyd edək ki, Azərbaycan yığması İsraillə sentyabrın 7-də Ramat-Qanda görüşəcək.

0
0