Ramal Hüseynovun Türkiyə karyerası başlamamış sona çatdı
12.08.2013 - 10:58
Ramal Hüseynovun Türkiyə karyerası başlamamış sona çatdı
“Bucaspor”un mövsümlərarası fasilədə ilk transferi olan Ramal Hüseynovun Türkiyədəki karyerası başlamamış sona çatıb. Apasport.az saytının məlumatına görə, Hüseynovun əşyalarını toplamaq üçün ölkəmizə qayıtdığı bildirilsə də, onun Türkiyəyə dönməyəcəyi ortaya çıxıb.

Bu ilin martına kimi Cüneyt Biçərin çalışdırdığı “Nazilli Bələdiyəspor” və eləcə də “Manisaspor”la yoxlama oyunlarında iştirak etməyən Ramalın maddi baxımdan istəkləri klub tərəfindən qəbul edilməyib. Elə baş məşqçi Kemal Kılıç da onun komandada yer almasına isti yanaşmır.

Bu üzdən əminliklə söyləmək olar ki, Ramal artıq İzmir klubunda oynamayacaq.

Beləliklə, ötən həftə “Neftçi”nin verdiyi iftar süfrəsində iştirak edən Hüseynovun “Bucaspor”dakı karyerası “Menemen Bələdiyəspor”la yoxlama oyunundakı 45 dəqiqəlik çıxışdan ibarət oldu...