Bəhmən Həsənovun rekordu təkrarlandı
12.08.2013 - 11:07
“Rəvan” klubunda növbəti baş məşqçi təyinatı gerçəkləşib. Apasport.az saytının məlumatına görə, 2009-cu ildə Azərbaycan çempionatlarında debüt edən paytaxt təmsilçisi 4 ildən az artıq müddətdə 11-ci dəfə çalışdırıcısını dəyişdi.
Baş məşqçilərini əlcək kimi dəyişən bakılılar artıq 3-cü dəfə bu posta Vladislav Qədirovu gətirdilər.
Həmin Qədirovu ki, klub tarixində 1 mövsümü bütöv çalışmağı bacaran tək məşqçidir. 2010/11 mövsümündə istefasız postunda duruş gətirən çalışdırıcı Premyer Liqaya vəsiqə qazandıqdan sonra baş məşqçi vəzifəsindən uzaqlaşdırılmışdı. 2011/12 mövsümünün gedişində qısa müddətə keçmiş iş yerinə dönən Qədirov son 3 ildə 3-cü dəfə “Rəvan”ın baş məşqçisi təyin olundu.
Bununla da yeni baş məşqçi Bəhmən Həsənova məxsus rekordu təkrarladı. Belə ki, 2 dəfə Qədirovu əvəzləyən və 1 dəfə postunu ona verən çalışdırıcı indiyədək klub rekordunun vahid sahibi idi. İndi isə onların hərəsinin hesabında 3 təyinat var. Lakin az əvvəl klubda başqa vəzifəyə təyinat alan Həsənovun növbəti dəfə həmkarını əvəzləməsi, sonradan yenə yerlərini dəyişməsi istisna deyil.
Qeyd edək ki, istefaya göndərilən 27 yaşlı Ramil Əliyev də klub tarixinə rekordla düşüb. O yay fasiləsində “Rəvan”ın baş məşqçisi postundan qovulmayan ilk və yeganə çalışdırıcıdır.
I divizion
2009/10 – Vaqif Hidayətov, Əfqan Talıbov
2010/11 – Vladislav Qədirov
Premyer Liqa
2011/12 – Bəhmən Həsənov, Vladislav Qədirov, Bəhmən Həsənov
2012/13 – Cevat Gülər, Bəhmən Həsənov, Kemal Alispahiç, Ramil Əliyev
2013/14 - Ramil Əliyev, Vladislav Qədirov

0
0