Millimiz Estoniya ilə yoldaşlıq oyunları keçirəcək
12.08.2013 - 11:46
17 yaşadək futbolçulardan ibarət yığmamız avqustun 9-dan etibarən Estoniyanın paytaxtı Tallində təlim-məşq toplanışındadır. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, avqustun 18-dək davam edəcək toplanış çərçivəsində millimiz estoniyalı həmyaşıdları ilə 2 yoldaşlıq oyunu keçirəcək.
Baş məşqçi Nikolay Adamın toplanış zamanı sərəncamında 5-i Rusiya və Almaniyada oynayan legionerlər olmaqla 19 futbolçu var: Ağaseyid Qasımov – (Qarabağ), Elməddin Məmmədov, Emil Həsənzadə (hər ikisi "Neftçi"), Renat Agaverdiyev, Umar Akmurzaev (hər ikisi "Bakı"), Bəhlul Mustafazadə, Fərid Əsədli, Roman Hüseynov, Emin Zamanov, Yusif Nəbiyev, Sahil Mirzəyev, Tural Məmmədrzayev (hamısı "Qəbələ"), Elnur Cəfərov (Xəzər Lənkəran), Fərid Kərimzadə (Sumqayıt), Şahban Cəbrayılov, İslamxan Hacıyasulov (hər ikisi "Anji", Rusiya), Tolqa Şahin ("Ayntraxt 05", Almaniya), Ozan Altın (“Koblents", Almaniya), Benhür Kama ("Darmştadt 98", Almaniya).
Qeyd edək ki, U-17 Estoniya toplanışını başa vurduqdan sonra ordan qonşu Litvaya gedəcək. Çünki komandamız avqustun 19-dan 26-dək Litvanın Palanqa şəhərində təşkil olunacaq ənənəvi beynəlxalq turnirdə iştirak edəcək.

0
0