Yığmamızın estonlara qarşı oyunlarının vaxtı bilindi
12.08.2013 - 12:30
Avqustun 9-dan Tallində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət yığmamızın estoniyalı həmyaşıdları ilə keçirəcəyi yoldaşlıq oyunlarının vaxtına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, ilk görüş avqustun 15-də baş tutacaq.
Bu qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Tərəflərin növbəti görüşü isə avqustun 17-nə təsadüf edəcək. Bu matça isə bizim vaxtla saat 19:00-da start veriləcək.
Qeyd edək ki, hər 2 oyun TNTK stadionunda keçiriləcək.

0
0