Millinin açıq məşqinin vaxtı dəyişdirildi
12.08.2013 - 12:15
Millinin açıq məşqinin vaxtı dəyişdirildi
Bugündən Malta ilə avqustun 14-də Bakıda baş tutacaq oyunun hazırlıqlarına başlayan yığma komandamızın açıq məşqinin vaxtında dəyişiklik olunub. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, millimiz jurnalistlər önündə açıq məşqini bu gün saat 18:15-də keçirəcək.

Qeyd edək ki, AFFA ötən həftə “Bakcell Arena”da keçiriləcək açıq məşqin saat 19:00-da olacağını qeyd etmişdi.