“İngiltərə mətbuatı azarkeşlərin beynini yuyur”
27.08.2013 - 05:54
“Arsenal”ın baş məşqçisi Arsen Venger onu tənqid edənlərə maraqlı cavab verib. Apasport.az saytının məlumatına görə, fransalı mütəxəssis İngiltərə mətbuatının azarkeşlərin beynini yuduğunu iddia edib.
Venger ona qarşı yönələn tənqidlərin həddindən artıq olduğunu deyib: “İngiltərə mətbuatı azarkeşlərin beynini yuyur. Amma bu vəziyyətlə yaşamağı öyrəndik və oyunlarımıza köklənəcəyik. Cari ilin mart ayından bəri bir dəfə uduzmuşuq. “Bavariya” və “Fənərbaxça” kimi komandaları məğlub etdik. Amma belə müsbət hallardan heç danışılmır. İnsanlar daim yeni xəbərlər görmək istəyir. Qeyri-adi, bir o qədər də mübaliğəli dünyada yaşayırıq. Komandam çempion olmaq istəyir. Birlikdə oynamaqdan zövq alırlar. Yeni transferlərimiz də ola bilər”.
Qeyd edək ki, bu yay Qonzalo İquain və Luis Suaresi transfer etmək istəyən, ancaq buna nail ola bilməyən, cari mövsümə “Aston Villa” məğlubiyyəti ilə başlayan Venger və klubunun fəaliyyəti narazılıqlara səbəb olub.

0
0