“İnter”: Biri getdi, ikisi gəlir
28.08.2013 - 10:55
“İnter” gənc hücumçusu Ramil Mansurovla yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, 20 yaşlı futbolçu az oynamaq şansı əldə etdiyindən, üstəlik, heyətə makedoniyalı forvard İlço Naumoski cəlb edildiyindən paytaxt klubundan ayrılmaq qərarını verib.
O, “Sumqayıt”la danışıqlar aparsa da, çox güman bu kluba keçməyəcək. Gənc oyunçunun xidmətində AZAL və “Qəbələ” də maraqlıdı.
Bununla belə, “İnter” heyətini gücləndirməkdə də qərarlıdır. “Bankirlər” Cənubi Amerikadan 2 futbolçunu transfer etməyə yaxındır. Biri sol cinah, digəri dayaq yarımmüdafiəçisi olan həmin oyunçular yaxın günlərdə Bakıya təşrif buyurmalıdır.

0
0