“Rusiya ilə oyuna görə Azərbaycan yığmasına yaxşı pul vəd olunacaq”
11.09.2013 - 10:30
“Rusiya ilə oyuna görə Azərbaycan yığmasına yaxşı pul vəd olunacaq”
“Azərbaycan millisi ilə oyun son vaxtların ən çətin qarşılaşması olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri rusiyalı futbol mütəxəssisi Valeri Reynqold deyib.

Ölkəsinin yığmasının DÇ-2014-ün seçmə mərhələsindəki çıxışı haqda fikir bildirən ekspert oktyabrın 15-də Bakıda Azərbaycan yığması ilə keçiriləcək oyunun həlledici xarakter daşıdığını bildirib: “İsrail və Lüksemburq üzərində qələbələr üçün təşəkkür edirik. Lakin artıq onları unutmaq lazımdır. Əminəm ki, Azərbaycan yığmasının futbolçularına yaxşı pul mükafatı vəd ediləcək. Üstəlik, bizim rəqibimizi bu matça portuqaliyalılar stimullaşdıracaq”.

Qeyd edək ki, Rusiya və Portuqaliya yığmaları Avropa zonasının F qrupunda ilk 2 pillədə qərarlaşıb və mundiala yeganə birbaşa vəsiqə uğrunda mübarizə aparır.