Millimizin futbolçusu ilk dəfə meydanı qolsuz tərk etdi
25.10.2013 - 09:40
Milli komandamızın müdafiəçisi olan Ufuk Budak “Əskişəhərspor”un əvəzedici komandasında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “EsEs”in 2-ci komandası səfərdə “Balıkəsirspor”un qonağı olub.
“Əskişəhərspor” son dəqiqələrdə buraxdığı qola görə meydanı 1:2 hesablı yenilgi ilə tərk etməli olub. Bu görüşdə start heyətində yer alan və 90 dəqiqə çıxış edən Ufuk Budak ilk dəfə meydanı qol vurmadan tərk edib. Halbuki Budak bundan öncə çıxış etdiyi 2 oyunda “Sakaryaspor” və “Bursaspor”un qapısına yol tapmışdı.
Qeyd edək ki, “Əskişəhərspor” yer aldığı 3-cü qrupda hazırda 6 xalla 6-cı sıradadır.

0
0