“Milan”nın müdafiəçisi sıradan çıxdı
29.10.2013 - 00:21
“Milan”nın müdafiəçisi sıradan çıxdı
“Milan”ın argentinalı futbolçusu Matias Silvestre iki həftəlik sıradan çıxıb. Apasport.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi A Seriyasının IX turu çərçivəsində Parma lə oyunda zədələnib.

Klubdan verilən məlumata görə, Silvestre 10 gün sonra daha bir tibbi müayinədən keçəcək.

Qeyd edək ki, Matias bu yay İtaliyanın digər klubu “İnter”dən bir illik icarəyə götürülüb.