Alvaro Silva: “Neftçi” ilə oyun tez gəlsəydi...
29.10.2013 - 12:20
Alvaro Silva: “Neftçi” ilə oyun tez gəlsəydi...
Topaz Premyer Liqasının XI turunun “Qarabağ”la oyununun nəticəsi “Xəzər Lənkəran”ın futbolçuları üçün də gözlənilməz olub. Apasport.az saytının məlumatına görə, cənubluların ispaniyalı legioneri Alvaro Silva 0:3 hesablı məğlubiyyətin qeydə alınmasını ağlasığmaz sayır.

Pireneyli futbolçu bu qarşılaşmadakı səhvləri unutdurmaq üçün növbəti oyunun tez olmasını arzulayır: “Belə şey ola bilməzdi. Amma biz 0:3 hesabı ilə uduzduq. İndi səhvlərimizi düzəltməliyik. Növbəti oyunu səbirsizliklə gözləyirik. Bu qarşılaşma tez gəlsəydi, səhvimizi düzəldərdik”.

Qeyd edək ki, “Xəzər Lənkəran” növbəti turda Bakıda “Neftçi”nin qonağı olacaq.