“Azərbaycanda hər futbolçunu kluba götürmürlər”
12.11.2013 - 11:41
“Azərbaycanda hər futbolçunu kluba götürmürlər”
Ukraynada yerli futbolçuların taleyi müzakirə mövzusuna çevrilib. Apasport.az saytının məlumatına görə, səviyyəli legionerlərin gəlməsi bir çox ukraynalı oyunçunun güclü klublara yolunu bağlayıb. Bu da futbolçular arasında işsizliyin artmasına gətirib çıxarıb.

Bu mövzuya xüsusi yazı həsr edən həmkarlarımız Azərbaycan klublarının də bu ölkədən olan oyunçulara qucaq açdığını qeyd edib: “Klubsuz qalan oyunçuların 2 variantı olur. Birincisi - bu işsiz futbolçular keçmiş SSRİ məkanında özünə klub axtarır. Rusiya və Azərbaycanda klublara xüsusi qayğı var və onlar yaxşı maddi dayaqlara malikdir. Lakin bu ölkələrdə də onların hamısını, hər futbolçunu klublara götürmürlər. Bu üzdən də 2-ci variant yaranır. Bu da fərdi məşq etməkdir”.

Qeyd edək ki, hazırda Topaz Premyer Liqasında milliləşənlər nəzərə alinmamaqla yalnız bir ukraynalı var. Bu da AZAL-da çıxış edən Yuri Fomenkodur.