Qırğızıstan yenə uduzdu
12.11.2013 - 12:10
Qırğızıstan yenə uduzdu
Azərbaycan milli komandasının rəqibi olan Qırğızıstan yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, noyabrın 19-da millimizi Bişkekdə qəbul edəcək Sergey Dvoryankovun yetirmələri Küveytin olimpiya yığması ilə qarşılaşıb.

Küveytin “Əl-Şəbəb” stadionunda baş tutan qarşılaşmada meydan sahibləri qalib gəlib – 1:0. Ərəblər 2-ci hissənin ortalarında matçın taleyini həll edən qola imza atıblar.

Bu məğlubiyyət rəqibimizin ardıcıl 3-cü yenilgisidir. Qırğızıstan yığması oktyabrın 15-də Tacikistana 1:4, noyabrın 1-də İndoneziyaya 0:4 hesabı ilə uduzmuşdu.