“Neftçi”nin hücumçusu Vyetnama qarşı oynaya biləcək
13.11.2013 - 19:07
“Neftçi”nin futbolçusu Bahodir Nasimov Asiya Kubokunun seçmə mərhələ oyunlarında oynayacaq. Apasport.az Özbəkistan Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, baş məşqçi Mircəlal Qasımov 2015-ci ildə keçiriləcək üçün bu turnirin 2 seçmə oyunu üçün yekun heyəti açıqlayıb.
Bu heyətdə “Neftçi”nin hücumçusunun adına da rast gəlmək mümkündür. Millisində 10 oyuna 5 qol vuran 26 yaşlı futbolçu noyabrın 15-də Vyetnam, 19-da isə Honkonqa qarşı forma geyə bilər. Özbəkistan millisi noyabrın 10-da bir araya gəlsə də, Nasimov komandasının Daşkənd toplanışına bir gün sonra qoşulub. Buna səbəb ayın 10-da onun çıxış etdiyi “Neftçi”nin “Bakı” ilə derbi matçının olmasıdır.
Qeyd edək ki, Özbəkistan yığması dünya çempionatına vəsiqəni son anda qaçırsa da, Asiya Kubokunda iştirak şansı yüksəkdir. Belə ki, Orta Asiya təmsilçisi “E” qrupunda keçirdiyi 3 oyundan sonra 4 xal toplayıb və II pillədə qərarlaşıb.

0
0