“Kəpəz”in baş məşqçisi “Neftçi”nin formasında
17.11.2013 - 12:10
Futbol üzrə Azərbaycanın I divizionunun X turu çərçivəsində "Lokomotiv"ə uduzan “Kəpəz”in baş məşqçisi Vidadi Rzayev postundan istefa verib. Apasport.az saytının məlumatına görə, gənc çalışdırıcı 2:3 hesabı ilə yenildikləri görüşdən sonra getməyə qərar verib.
Lakin onun istefası klub prezidenti Mehman Allahverdiyev tərəfindən qəbul edilməyib. Rəhbərlik Rzayevlə yola davam etməyi məqsədəuyğun sayıb.
Yeri gəlmişkən, dünən baş tutan “Lokomotiv” – “Kəpəz” görüşündə diqqət çəkən başqa bir məqam da Vidadi Rzayevlə bağlıdır. Belə ki, çempionat oyunu zamanı istefası qəbul edilməyən çalışdırıcının əynində “Neftçi”nin gödəkcəsi olub. Bu isə peşəkarlığa ziddir.
“Kəpəz” hazırda I divizionda mübarizə aparsa da, vaxtilə elitada çempionluq yarışmasında “Neftçi”nin əsas rəqiblərindən olub və bu kollektivlərin görüşləri prinsipiallığı ilə seçilib. İndiki halda Rzayevin futbolçu kimi şərəfini qoruduğu “ağ-qaralar”ın formasını geyinib, “Kəpəz”i oyuna çıxartması qəbuledilməzdir.
Deyək ki, Gəncə klubunun maddi durumu zəif olduğu üçün geyim dəsti ala bilmir. Məgər Vidadi bəy soyuqdan qorunmağa başqa heç nə tapmır? Yoxsa “Neftçi” ilə “Kəpəz” arasında gizli bir “dostluq” var?
Qeyd edək ki, 10 görüşdən 8 xal toplayan “Kəpəz” hazırda turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

0
0