“Neftçi” “İnter”lə bacarmadı - YENİLƏNİB
23.11.2013 - 16:50
“Neftçi”  “İnter”lə bacarmadı  - YENİLƏNİB
Topaz Premyer Liqasında XIV turun görüşləri davam edir. Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə daha bir qarşılaşma baş tutub.

Lider “Qarabağ”la eyni xala sahib “Neftçi” “İnter”in qonağı olub. Paytaxt derbisi qarşılıqlı hücumlar şəraitində keçsə də, “bankirlər” ilk dövrədəki məğlubiyyətin revanşını almağı bacarıblar.

Belə ki, “İnter” hesabı açdıqdan sonra “ağ-qaralar” azlıqda qalmalarına baxmayaraq, status-kvonu bərpa ediblər. Bu isə çox çəkməyib. Cəmi 9 dəqiqə sonra Vaqif Cavadov özünün və komandasının ikinci qolunu vurub. Qarşılaşmanın başa çatmasına 9 dəqiqə qalmış isə Aleksandr İaşvili oyunun hesabını müəyyənləşdirib – 3:1.

Bununla da, “İnter” qələbə sayəsində 1 pillə irəliləyərək, 5-ci pilləyə qalxıb. Dubl edən yığmamızın hücumçusu Cavadov isə bombardirlər siyahısında birinci yerə yüksəlib.

Qeyd edək ki, XIV tur sabah keçiriləcək “Qarabağ” – “Rəvan” qarşılaşması ilə başa çatacaq.


Topaz Premyer Liqası
XIV tur

23 noyabr (şənbə)

“İnter” – “Neftçi” - 3:1
QOLLAR: Vaqif Cavadov, 33, 76; Aleksandr İaşvili, 81 - Karlos Kardoso, 65
QIRMIZI VƏRƏQƏFlavio Aleks Valensio, 64
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Namiq Hüseynov, Nail Nağıyev
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ramil Əhmədov
“Şəfa” stadionu
I dövrədəki oyun – 1:3

“İnter”: 1. Giorgi Lomaya, 4. İvan Benitez, 5. Slavço Georgiyevski, 7. Ruslan Əmircanov, 9. Aleksandr İaşvili, 19. Sezar Meza Kolli, 20. Brüs Abdulaye, 21. Arif Daşdəmirov, 47. Abdulla Abatsiyev, 70. Vaqif Cavadov (k), 88. Derlis Meza Kolli
Ehtiyat oyunçular: 25. Səlahət Ağayev, 8. Mikel Alvaro, 11. Asif Məmmədov, 14. İlqar Ələkbərov, 28. Baçana Sxadadze, 33. Matija Spiçiç, 40. Joao Paulo
Baş məşqçi: Kaxaber Sxadadze

“Neftçi”: 1. Pavels Doroşevs, 2. Karlos Kardoso, 3. Denis Silva, 6. Rəşad Sadiqov (k), 7. Araz Abdullayev, 9. Flavio Aleks Valensio, 10. Cavid İmamverdiyev, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 22. Mahir Şükürov, 90. Ernest Nfor
Ehtiyat oyunçular: 34. Ziyadxan Məmmədov, 5. İqor Mitreski, 11. Melvin Platye, 14. Bahodır Nasimov, 19. Mirhüseyn Seyidov, 28. Emin Mehdiyev, 32. Elvin Yunuszadə
Baş məşqçi: Nazim Süleymanov


komandaoqhmtx
1
Qarabağ
13
8
4
1
25-8
28
2
Neftçi
14
8
4
2
21-12
28
3
Qəbələ
14
8
2
4
21-13
26
4
Bakı
14
6
3
5
25-16
21
5
İnter
14
6
2
6
24-19
20
6
Simurq14
4
6
4
12-12
18
7
AZAL
14
4
5
5
12-17
17
8
Xəzər L
14
3
5
6
10-20
14
9
Rəvan
13
1
5
7
8-25
8
10
Sumqayıt
14
1
4
9
6-22
7

Bombardir: Vaqif Cavadov (İnter) - 7 qol