Nazim Süleymanovdan etiraf: Səhvlərim oldu
23.11.2013 - 17:46
“İlk hissədə zəif oynadıq. İkinci hissəyə pis başlamamışdıq. Komandadan narazı qaldım, hesab da bunu göstərir”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi” baş məşqçisi Nazim Süleymanov deyib.
Topaz Premyer Liqasının XIV turunda “Neftçi” “İnter”in qonağı olub. Matçda “ağ-qaralar”ın 1:3 hesabı ilə uduzublar. Süleymanov məğlubiyyətdə yetirmələrinin və özünün səhvini etiraf edib: “Bəzi futbolçuların diqqətsizliyi nəticəsində qapımızda qollar gördük. Məşqçi kimi mənim də səhvlərim oldu. Bunların üzərində işləyəcəyik. Bir futbolçunun səhvi bütün komandanın oyununa təsir edir. Daha diqqətli oynamaq lazımdır. Hakimliklə bağlı danışmaq istəmirəm. Bu barədə rəhbərlik danışsa yaxşı olar”.
Mənbə: pfl.az

0
0