Kaxaber Sxadadze: Mükafatlar uğrunda vuruşacağıq
23.11.2013 - 17:49
“Uyğun heyəti tapdıq, oyuna aqressiv başladıq. Rəqibə öz oyununu göstərməyə imkan vermədik”. Apasport.az saytının məlumatına görə, bunu “İnter”in baş məşqçisi Kaxaber Sxadadze Topaz Premyer Liqasının XIV turunda “Neftçi” ilə oyundan sonra deyib.
Gürcüstanlı mütəxəssis 3:1 hesabı ilə qalib gəldikləri qarşılaşmanı şərh edib: “Fikrimcə, bu mövsüm ən yaxşı oyunumuzu göstərdik. Lakin eyforiyaya qapılmaq lazım deyil. Bu gün maksimum güclə oynamalı idik ki, potensialımızı bilək. Oyun göstərdi ki, “Neftçi” və “Qarabağ” kimi güclü rəqiblərə qarşı oynaya bilərik. Təqvim oyunlarından biri idi, arxayınlaşmaq olmaz. Etiraf etmək lazımdır ki, bu gün “İnter” daha güclü idi. Çempionluq uğrunda mübarizə çətin olacaq. Mükafatlar uğrunda vuruşacağıq”.
Mənbə: pfl.az

0
0