Hafiz Məmmədov məşhur muzeyi gəzdi
23.11.2013 - 23:05
"Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədov Fransada işgüzar səfərdədir. Apasport.az saytının xəbərinə görə, həmyerlimiz dünyaca məşhur Luvr muzeyinin Lans şəhərində yerləşən filialını ziyarət edib.
Ziyarət zamanı Hafiz Məmmədovu Nor Pa de Kale regionunun başçısı Daniel Perşeron (Daniel PERCHERON), Lans şəhərinin meri Silven Rober (Sylvain ROBERT), "Lans" klubunun prezidenti Jerve Martel (Gervais MARTEL) müşayət ediblər.
Lans-Luvrda fəxri qonaqları qarşılayan muzey direktoru, tanınmış sənətşünas Ksavye Dekto (Xavier DECTOT) Luvr muzeyin tarixi və 2012-ci ildən fəaliyyət göstərən Lans bölməsində sərgilənən eksponatlar barədə ətraflı məlumat verib.
II Luvr adlandırılan və Luvr muzeyinin ilk rəsmi filialı kimi tanınan Luvr-Lans muzeyinin ildə 450-500 min adam tərəfindən ziyarət olunduğunu bildirən sənətşünas 20 hektar ərazidə yerləşən kompleksın SANAA Yaponiya arxitektura bürosunun layihəsi əsasında tikildiyini bildirib.
Ətraflı gəzinti zamanı qonaqlar Luvr muzeyindən gətirilən 205 nadir eksponatla tanış olmaqla yanaşı şüşəli pavilyon, 120 metrlik Zaman qalereyasını izləyiblər. Burada İV əsrdən 1850-ci ilə qədər yaşayıb-yaratmış sənət ustalarının rəsm və skulpturaları yerləşdirilib.
Klubumuzun prezidenti Hafiz Məmmədov Luvr muzeyinin ardından "Lans" klubunun arenası Feliks Bollar stadionuna dəvət olunub. "Lans" klubunun prezidenti Jerve Martel stadion və infrastruktur barədə ətraflı məlumat verdikdən sonra qonaqlar klub muzeyinə baş çəkiblər.
Qeyd etmək yerinə düşər ki, Fransa 2-ci liqasında mübarizə aparan "Lans" bu gün bu arenada 14-cü turun oyununa çıxacaq. Hafiz Məmmədov "Şatoru"nu qəbul edəcək meydan sahiblərinin oyununu şərəf tribunasından izləyəcək. Oyun Bakı vaxtı ilə saat 17.00-da başlanacaq.
Sonda onu əlavə edək ki, "Lans" 13 turdan sonra 26 xalla 3-cü pillədə qərarlaşıb və bu mövsüm birinci liqaya yüksəlmək uğrunda mübarizə aparan komandalar arasında ən iddialılardan sayılır.
www.fcbaku.com

0
0