“Araz” “Dördlər finalı”nda - YENİLƏNİB
24.11.2013 - 22:39
Azərbaycan çempionu “Araz” bu gün futzal üzrə UEFA kubokunun elit mərhələsində növbəti matçına çıxıb. Apasport.az saytının xəbərinə görə, Portuqaliyada keçirilən qrup oyunlarının III turunda təmsilçimizin rəqibi meydan sahibi “Sportinq” olub.
“Dördlər finalı”na çıxmaq iddiasında olan komandamız yalnız qələbə sayəsində arzusuna çatacaqdı. Belə ki, əvvəlki turlarda həm “Sportinq”, həm də “Araz” xal itirməmişdi. Bu komandalar qrupdakı digər rəqibləri olan Hollandiyanın “Eyndhoven” və Macarıstanın “Dyor” klubu üzərində qələbə qazanmışdılar. Topların daha yaxşı fərqinə görə isə portuqaliyalılar birinci sırada idi. Oyuna inamlı başlayan təmsilçimiz sona qədər güclü çıxışını davam etdirib və meydandan 6:3 hesabı ilə qalib ayrılıb.
Futzal üzrə UEFA kuboku
Elit mərhələ
D qrupu
24 noyabr
"Eyndhoven" (Hollandiya) - “Dyor” (Macarıstan) - 2:7
"Araz" (AZƏRBAYCAN) - "Sportinq" (Portuqaliya) - 6:3
QOLLAR: Fabiano, 12, 38, 40, Borisov, 14, Amadeu, 22, Felipe, 26 - Divaney, 12, Deo, 23, Aleks, 36

1 | Araz | 3 | 3 | 0 | 0 | 17-6 | 9 |
2 | Sportinq | 3 | 2 | 0 | 1 | 15-8 | 6 |
3 | Dyor | 3 | 1 | 0 | 2 | 8-13 | 3 |
4 | Eyndhoven | 3 | 0 | 0 | 3 | 6-19 | 0 |
0
0