Qurbanov: Ustalıq səviyyəsi yüksək olan futbolçularımız qol vura bilmədi
24.11.2013 - 19:20
“Rəqib komandada məşqçi işi görünür. Oyunu müdafiədən qurmuşdular, bu cür komandaya qarşı oynamaq həmişə çətin olur. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
Təcrübəli mütəxəssis Topaz Premyer Liqasının XIV turu çərçivəsindəki “Rəvan”la 0:0-lıq heç-heçəni dəyərləndirib:
“Qol epizodlarından istifadə edə bilmədik. Ustalıq səviyyəsi yüksək olan futbolçularımız qol vura bilmədi. Futbolda belə hallar olur. Tam istədiyim kimi hücum futbolu oynaya bilmədik. Hər iki komanda taktiki planda düzgün oyun qurmuşdu”.

0
0