“Qalatasaray”ın sabiq kapitanı futbolla vidalaşdı
02.12.2013 - 20:57
“Qalatasaray”ın sabiq kapitanı futbolla vidalaşdı
“Qalatasaray”ın sabiq kapitanı Tomaş Uyfaluşi futbolçu karyerasını başa vurub. Apasport.az saytının xəbərinə görə, bu barədə çexiyalı müdafiəçi “Tvitter” sosial şəbəkəsindəki şəxsi hesabından məlumat yayıb.

Belə ki, ötən mövsümün ikinci turunda zədələnərək “sarı-qırmızılılar”ı çətinliyə salan və müqavilə müddəti başa çatan kimi komandadan göndərilən 35 yaşlı futbolçu ölkəsinin “Sparta” (Praqa) klubu 1 illik müqavilə imzalamışdı. Amma onun bəxti burada da gətirməyib. Praqa təmsilçisində də zədələnən Uyfaluşi futbolla vidalaşıb.

O “Tvitter”dəki açıqlamasında bu sözləri deyib: “Bu gün futbolla vidalaşıram. Yaşadığım gözəl illərə görə məni dəstəkləyənlərə və azarkeşlərə təşəkkür edirəm”.

Qeyd edək ki, Uyfaluşi 2011-ci ildə İspaniyanın “Atletiko” klubundan “Qalatasaray”a transfer olunmuşdu.