“Bavariya” müdafiəçisi ilə müqaviləni yenilədi - FOTO
02.12.2013 - 21:40
“Bavariya” müdafiəçisi ilə müqaviləni yenilədi - FOTO
Münhen “Bavariya”sı 21 yaşlı müdafiəçisi David Alaba ilə müqaviləni yeniləyib. Apasport.az-ın məlumatına görə, bu barədə klub saytı xəbər yayıb.

Almaniya təmsilçisi gənc Alaba ilə müqavilənin vaxtını 2018-ci ilə qədər uzadıb. Bununla da cari sözləşməsi 2015-ci ildə başa çatacaq avstraliyalı futbolçu daha 3 il komandasına xidmət edəcək.

Qeyd edə ki, 2008-ci ildən Münhen klubunda olan Alaba 2010-cu ildən komandanın əsas heyətində çıxış edir.