Ronaldinyo: DÇ-2014-də mən də olmaq istəyirəm
02.12.2013 - 23:23
Ronaldinyo: DÇ-2014-də mən də olmaq istəyirəm
Braziliyanın məşhur futbolçularından olan Ronaldinyo yenidən ölkəsinin milli komandasında çıxış etməsini açıqlayıb. Apasport.az-ın məlumatına görə, FİFA-nın rəsmi saytına danışan 33 yaşlı yarımmüdafiəçi DÇ-2014-də yığmaya kömək etmək istədiyini deyib.

O, yığmanın baş məşqçisi Luis Felipe Skolaridən şans gözlədiyini bildirib: “Skolari mənə qarşı həmişə səmimi olub. Hələ də komandada yaxşı futbolçuların olduğunu bilirəm. Skolari yeni komanda yaradıb. Amma yaxşı formada olan futbolçular da Dünya Çempionatında çıxış edəcək. Mən həmişə oyunumu inkişaf etdirmək üçün çalışıram. Əgər Dünya Çempionatında oynamaq şansım olsa, bunun üçün hazır olacam. Mənim hədəfim həmişə ən yaxşı olmaqdır”.

Qeyd edək ki, Ronaldinyo 2002-ci ildə Braziliya ilə dünya kubokunu qazanıb.