“Qalatasaray”da Ebue şoku
03.12.2013 - 01:44
“Qalatasaray”ın təcrübəli müdafiəçisi Emmanuel Ebue növbəti matçlarda komandasına kömək edə bilməyəcək. Apasport.az saytının yerli KİV-ə istinadən məlumatına görə, fil dişi sahili futbolçu ötən gün Türkiyə Superliqasının XIII turunda keçirilən “Kasımpaşa” ilə oyunu xəsarət slıb.
Ötən gün tibbi müayinədən keçən 30 yaşlı müdafiəçinin sağ ayağında zədə aşkarlanıb. Ebuenin Türkiyə Kubokundakı “Qaziantep BB” və Superliqadakı “Elazığspor” matçlarında oynaya bilməyəcək. Onun “Yuventus”la matçda meydana çıxıb-çıxmayacağı hələlik məlum deyil.
Qeyd edək ki, “Qalatasaray” dekabrın 10-da Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Yuventus”la İstanbulda üz-üzə gələcək.

0
0