“Borussiya”nın başı üzərindəki "qara buludlar"
03.12.2013 - 03:38
“Borussiya”nın başı üzərindəki "qara buludlar"
“Borussiya” klubu Almaniya Kubokundakı “Saarbryukken”lə oyun öncəsi zədəli futbolçulardan əziyyət çəkir. Apasport.az saytının məlumatına görə, bu barədə Dortmund təmsilçisinin baş məşqçisi Yurgen Klopp yerli mətbuata açıqlamasında deyib.

Bu günkü matçda Marko Roysun meydana çıxmayacağını qeyd edən Təcrübəli mütəxəssis Sven Bender, Robert Levandovski, Nuri Şahin və Yakub Blaşikovskinin isə oynayıb-oynamayacağının bəlli olmadığını bildirib: “Dəqiq olaraq deyə bilərəm ki, Marko Roys bu mat,da oynamayacaq. Ondan əlavə Sven Bender, Robert Levandovski, Nuri Şahin və Yakub Blaşikovski vəziyyətləri də yaxşı deyil”.

Əlavə olaraq, Klopp zədəli olan Marçel Şmelçerin əvəzinə müdafiənin sol cinahında çıxış edən Erik Drumun isə çiynindəki problemin aradan qalxdığını və onun “Saarbryukken”lə oyunda meydana çıxa biləcəyini deyib.

Qeyd edək ki, “Borussiya”da əvvəldən zədəli olan Mats Hummels, Neven Subotiç İlkay Gündoğan və Marçel Şmelçer kimi komandanın önəmli futbolçuları hələ də sağalmayıb.