Pepe qovuldu
03.12.2013 - 03:58
Pepe qovuldu
2010-cu ildən İspaniyanın “Betis” klubunda çalışan baş məşqçi Pepe Mel vəzivəsində kənarlaşdırılıb. Apasport.az saytı yerli KİV-ə istinadən xəbər verir ki, klub cari mövsümdə üst-üstə uğursuz nəticələr əldə edən 50 yaşlı mütəxəssislə ilə qarşılıqlı razılıq əsasında müqaviləni ləğv edib.

İspan mətbuatında yayılan məlumatlara görə, Melin əvəzinə digər La Liqa təmsilçisi “Vilyarreal”ın sabiq baş məşqçisi Xuan Karlos Qarridon gətiriləcək. Amma hazırda yeni çalışdırıcı ilə bağlı klubdan heç bir ad açıqlanmayıb.

Qeyd edək ki, "Betis" La Liqada 15 turdan sonra ancaq 10 xal toplaya bilib və turnir cədvəlinin sonuncu pilləsində yer alır.