Həmid Altıntopdan xəbər var
03.12.2013 - 07:38
Həmid Altıntopdan xəbər var
Cari mövsüm ancaq 3 turda çıxış edə bilən və belindəki ağrılar səbəbindən Almaniyada cərrahiyə əməliyyatı olunan “Qalatasaray”ın futbolçusu Həmid Altıntop gələn həftə Türkiyəyə qayıdır. Apasport.az yerli mətbuata istinadən xəbər verir ki, təcrübəli yarımmüdafiəçi qış fasiləsindən sonra komandasına kömək edə biləcək.

Qeyd edək ki, 2012-ci ildə İspaniyanın “Real” klubundan “Qalatasaray”a transfer olunan Həmid ikinci dəfədir ki bel nahiyəsindən əməliyyat olunur.