Almatı Bakıya rəqib oldu
03.12.2013 - 09:43
Almatı Bakıya rəqib oldu
Futzal üzrə UEFA kubokunun “Dördlər finalı”nı keçirmək üçün daha bir şəhər namizədliyini irəli sürüb. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Araz”ın qatılacağı həlledici mərhələyə Qazaxıstanın “Almatı” şəhərində də keçirilə bilər.

Belə ki, “Dördlər finalı”nda çıxış edəcək “Kayrat” klubu turnirə ev sahibliyi etmək iddiasını ortaya qoyub. Yarışın son qalibi İspaniya “Barselona”sı, Rusiya “Dinamo”su və “Araz”la qarşılaşmaları evdə keçirmək istəyir.

Qeyd edək ki, bunadək Azərbaycan təmsilçisi də ev sahibliyi ilə bağlı sifarişini UEFA-ya təqdim edib. Naxçıvan təmsilçisi həlledici oyunların ilk dəfə Bakıda keçirilməsini istəyir.