Asan gəzinti
03.12.2013 - 10:33
Sabah Azərbaycan kubokunda 1/8 final mərhələsinin görüşləri keçiriləcək. Apasport.az saytının məlumatına görə, 1/4 finala vəsiqəyə iddialılar 1 oyundan ibarət duellərdə qüvvəsini sınayacaqlar.
Topaz Premyer Liqasında çıxış edən 10 klubun mübarizəyə başlayacağı 1/8 final oyunlarından 6-da güclülər aşağı dəstə təmsilçisi ilə qarşılaşacaq. Yalnız 2 görüşdə elita komandaları bir-biri ilə görüşəcək.
Günün ən maraqlı matçı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Çempionatın liderlərindən olan “Qarabağ” “uğursuzluq zolağı”ndan çıxa bilməyən AZAL-ı qonaq edəcək. Ağdam təmsilçisinə yeganə məğlubiyyətini yaşadan paytaxt klubu həmin görüşdən sonra 10 matçdır qələbə qazana bilmir.
Premyer Liqanın 2 təmsilçisinin üz-üzə gələcəyi digər matç isə “Bakı” ilə “Sumqayıt” arasında olacaq. Meydan sahiblərinin favorit sayıldığı cütdə paytaxt təmsilçisi üçün qələbə zəruridir. Çünki çempionatda işləri o qədər də yaxşı getməyən bakılılar avrokuboklara vəsiqə üçün məhz bu yarışda uğur qazanmağa daha çox ümid edir.
I divizion təmsilçiləri ilə görüşəcək Premyer Liqa klubları isə öz oyunlarının aşkar favoritidir. Düzdür, bəzi qarşılaşmalarda az da olsa sensasiya ehtimalı var. Premyer Liqanın autsayderlərindən olan “Rəvan”ın aşağı dəstənin iddialılarından “Qaradağ Lökbatan”ın qonağı olacaq. Elə “Araz Naxçıvan”ın qonağı olacaq “Simurq”u da asan gəzinti gözləmir.
Doğma stadionda aşağı dəstə klubu ilə görüşəcək “Qəbələ”, “Xəzər Lənkəran”, “İnter” və “Neftçi”nin çətinlik yaşayacağı isə heç gözlənilən deyil. Onlar üçün bu mərhələni asan gəzinti də adlandırmaq olar. Baxmayaraq ki, Qəbələ təmsilçisi öz stadionunda nominal qonaq olacaq, “Neftçi” isə bir vaxtlar yarışın iddialılarından sayılan “Kəpəz”i qəbul edəcək.
Azərbaycan kuboku
1/8 final
4 dekabr (çərşənbə)
13:00. “Qaradağ Lökbatan” – “Rəvan”
Lökbatan şəhər Olimpiya İdman Kompleksinin stadionu
13:00. “Bakı” – “Sumqayıt”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
13:00. “Mil-Muğan” – “Qəbələ”
Qəbələ şəhər stadionu
14:00. “Neftçi” – “Kəpəz”
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
14:00. “Araz Naxçıvan” – “Simurq”
Naxçıvan Muxtar Respublika stadionu
16:30. “Qarabağ” – AZAL
Tofiq Bəhramov adına Respublika stadionu
17:00. “İnter” – “Şuşa”
“Şəfa” stadionu
17:00. “Xəzər Lənkəran” – “Neftçala”
”Xəzər Lənkəran” mərkəzi stadionu

0
0