“Kayrat”ın prezidenti: “Araz” çox güclü klubdur - MÜSAHİBƏ
03.12.2013 - 10:52
“Dördlər finalı”ında “Araz”ın rəqiblərindən olan “Kayrat” futzal klubunun prezidenti Qeyrət Arazbəyov Qazaxıstan mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, komanda rəhbəri “Dördlər finalı”nın Almatı şəhərində keçirilmə şansları və rəqibləri haqqında danışıb.
- İstərdik ki, öncə “Kayrat”ın cari avromövsümdəki perspektivlərinə toxunaq. Almatı klubu turnirin son qalibidir və “Dördlər finalı”ının favoriti sayılır. Bu amil sizə mane və ya əksinə, psixoloji planda mənəvi dəstək olmur?
- Titulu müdafiə etmək həmişə qazanmaqdan çətin olur. Ona görə də istər futzal, istərsə də futbolda heç bir klub ardıcıl ən güclü Avropa turnirinin qalibi olmayıb. Hər oyun bizə böyük çətinlik yaradır. Ona görə ki, titula sahib olduqdan sonra hər bir komanda “Kayrat”a qarşı xüsusi köklənir. “Barselona” və “Dinamo” ötən mövsümün qisasını almaq üçün bizi səbirsizliklə “Dördlər finalı”ında gözləyir. Şübhə etmədən deyə bilərəm ki, onlar bizimlə oyunlara tamamilə başqa cür yanaşacaq. Digər tərəfdən, biz başa düşürük ki, “Kayrat” super peşəkar komandadır, hər şey detallarına kimi işlənilir. İstəyirik ki, Avropanın top-klublarına uyğunlaşaq. Əgər bu bizdə alınsa, onda biz uzun müddət yüksək səviyyədə nailiyyətlər əldə edəcəyik.
- “Kayrat”, “Dinamo” və “Barselona”dan başqa, final mərhələsinə Azərbaycanın “Araz” klubu da çıxıb. Ardıcıl ikinci mövsümdür ki, Avropanın 4 ən yaxşı klubundan 3-ü postsovet məkanından olur. Bu faktı nə ilə izah edə bilərsiniz?
- Çox gözəl məşqçilər, əla idarəetmə və həmin klub prezidentlərinin fanat olması ilə. Fikrimcə, bu, cavabdır. Buna baxmayaraq, “Dördlər finalı”na çıxa bilməyən İtaliya, Portuqaliya və digər ölkələrin klubları ciddi güc göstərir və 4 ən güclülər arasında oynamağa layiqdirlər.
- Sizə görə, nə vaxt UEFA futzal turnirində iştirakçıların sayını artıracaq?
- Fikrimcə, bu, futzalın olimpiya ailəsinə qəbul edilməməsinə kimi belə erkən müddətdə olmayacaq. Ancaq malik olduğumuz mənbələrdən məlumat var ki, bu, yaxın 4 il ərzində baş verə bilər.
- UEFA kubokunun həlledici mərhələsinə çıxmış klublardan hansını yarımfinalda rəqibiniz görmək istərdiniz?
- Biz istənilən rəqiblə oynamağa hazırıq. Birincisi, son titulun qalibi üçün rəqib seçmək sadəcə nəzakətli hal deyil. İkincisi, “Araz” çox güclü komandadır. Ona görə də hələ məlum deyil ki, kiminlə oynamaq daha rahat olacaq, azərbaycanlılarla, yoxsa “Barselona” ilə?
- “Dördlər finalı”nın Almatıda keçirilməsi ehtimalı var?
- Ehtimal var. Əlbəttə, biz sifariş ərizəmizi vermişik. Ancaq şanslarımız böyük deyil. İş burasındadır ki, “Araz” heç vaxt “Dördlər finalı”nı qəbul etməyib. Eləcə də İspaniyada uzun müddətdir ki, həlledici mərhələnin oyunları keçirilməyib.
- “Kayrat”ın heyəti “Dördlər finalı” öncəsi dəyişir? Xəbər var ki, Leo Santana komandanı tərk edəcək...
- Bəli. Santananın özü və klubumuz üçün çox yaxşı təklif gəlib. Biz “Sibiryak”la müqavilə bağlamışıq. Düzünü desəm, bu, Qustavonun gedişindən sonra mənim üçün ən ağrılı hallardan biridir. Çünki o, çox xarizmatik oyunçudur, azarkeşlərimizin sevimlisidir. Ancaq başa düşürsünüz, əgər özünü daha güclü çempionatda sınamaq istəyirsə, oyunçunu saxlamaq olmaz. 1 il əvvəl Santana özü getmək istəyirdi. Ona dedim ki, gözləmək lazımdır, hələ tezdir. Dedim ki, onu o vaxt buraxacağam ki, buna hazır olacaq. İndi isə həmin vaxt yetişib. O, UEFA Kubokunun qalibi statusunda top-kluba gedir. Hərçənd, mənə onunla yollarımızı ayırmaq çox ağırdır.

0
0