“Bakının “Dördlər finalı”nı keçirmək şansları ən yaxşı hesab edilir”
03.12.2013 - 12:09
“Qazaxıstan çempionatı ilə UEFA kubokunun matçlarını idarə edən hakimlər arasında fərqlər var. Məsələn, Bakıda bizim oyunçumuz Anderson burnunun altında deyindiyinə görə, hakimin xoşuna gəlməmişdi və onu meydandan məhz bu səbəbdən qovmuşdu”. Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə “Kayrat” klubunun vitse-prezidenti Andrey Mişçenko deyib.
“Araz”ın “Dördlər finalı”ndakı rəqiblərindən olan Qazaxıstan klubunun vitse-prezidenti verdiyi müsahibədə hakimliyin hər turnirdə fərqli olduğunu bildirib. O, 2009-cu ildə UEFA Kubokunun elit mərhələsində “Araz”ın Bakıda 4:3 hesablı qələbəsi zamanı braziliyalı Andersonun qovulmasına da toxunub.
Mişçenko “Dördlər finalı”nın Bakıda keçirilməsi şanslarına da toxunub. Moskvanın namizədliyi verilmədiyi halda, “Kayrat” rəsmisi səhvən bu şəhərin birinci namizəd olduğunu bildirib: “Hamı mülahizə yürüdür. Ancaq biz başa düşürük ki, final tezliklə Moskvada keçiriləcək. Bu şəhərdə artıq kifayət qədər uzun müddətdir ki, final olmayıb. İkinci namizəd heç bir dəfə də finalı keçirməyən Bakı sayılır. Azərbaycan paytaxtının şansları ən yaxşı hesab edilir. İstənilən halda, bu şəhərlər bizim azarkeşlərin matçlara gəlməsi üçün çox rahatdır”.
Artıq 6-cı dəfə “Dördlər finalı”na qatılan “Kayrat”ın vitse-prezidenti yarımfinalda kimlərlə qarşılaşmaq istədikləri ilə bağlı sualı da cavablandırıb: “Ötən mövsümkü finalda bütün rəqiblər məhz bizimlə oynamaq istəyirdi. Çünki bizim komanda ilə oyunu çox qiymətləndirməmişdilər və hesab edirdilər ki, asan qələbə qazanacaqlar. Ona görə də konkret kiminləsə oynamağa üstünlük vermirik. Bunlar Avropanın ən güclü klublarıdır. Bu isə hər şeyi deyir”.
Qeyd edək ki, “Dördlər finalı”nın keçirilməsi üçün Bakı ilə yanaşı, Almatı və Barselonanın namizədliyi verilib. Dekabrın 12-də açıqlanacaq qərara əsasən UEFA Kubokunun həlledici mərhələsi ilk dəfə paytaxtımızda keçirilərsə, oyunlar “Sərhədçi” idman kompleksində baş tutacaq.

0
0