Elhad Nəziri intizamsızlığından əl çəkmir
03.12.2013 - 13:28
AFFA İntizam Komitəsi əvəzedici komandaların XV turunun oyunları ilə bağlı qərarlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, ən çox qayda pozuntusu “Rəvan” – “Qəbələ” matçında qeydə alınıb.
Qarşılaşmanın 80-ci dəqiqəsindən sonra 3 futbolçu meydandan qovulub. Bunlardan 1-i “Rəvan”ın, 2-si isə “Qəbələ”nin oyunçusudur. 81-ci dəqiqədə sonuncu ümid fouluna görə meydandan qovulan Fərid Ağayev 1 oyunluq cəza ilə canını qurtarıb. Bundan 8 dəqiqə sonra “Rəvan”ın qapıçısı Fuad Əhmədov aqressiv hərəkətinə görə 4 oyunluq cəzaya məruz qalıb. Qarşılaşmanın əlavə olunmuş 7-ci dəqiqəsində isə “Qəbələ”li Ramazan Həsənov da hakimi təhqir etdiyi üçün eyni sayda – 4 oyunluq cəzalandırılıb. “Rəvan” futbolçusuna görə, 2000, “Qəbələ” isə 2100 manat ödəməlidir.
Vaxtilə Moldova və Rumıniya çempionatlarında oynadığına görə milliyə çağırılan Elhad Nəziri indi “İnter”in əvəzedicilərində gününü keçirir. Ancaq deyəsən, əvəzedicilərin turnir cədvəlində lider olan komandada oynamasına baxmayaraq, Nəziri intizamsızlığından əl çəkmir. O, “Bakı” – “İnter” matçının 20-ci dəqiqəsində əllə oynadığı üçün 1 oyun meydana çıxmaqdan məhrum edilib. “Bankirlər” Elhada görə 100 manatı AFFA-nın xəzinəsinə köçürməlidir.
Qeyd edək ki, Elhad Nəziri millimizin Belfastda Şimali İrlandiya ilə oyunu zamanı son dəqiqələrdə etdiyi cərimə sayəsində qapımıza standard zərbədən qol vurulmasına səbəb olmuşdu.

0
0