“Xəzər Lənkəran” azarkeşlərini təhqir edən məşqçi cəzalandı
03.12.2013 - 14:17
“Xəzər Lənkəran” azarkeşlərini təhqir edən məşqçi cəzalandı
Bakının “İnter” klubunun U-19 komandasının baş məşqçisi Vadar Nuriyev cəzalanıb. Apasport.az saytının məlumatına görə, buna çalışdırıcının U-19 Liqasının “Xəzər Lənkəran”la görüşündəki hərəkətləri səbəb olub.

Belə ki, Nuriyev matçın 45+1-ci dəqiqəsində azarkeşlərə qarşı təhqiredici hərəkətə görə texniki zonadan qovulub. AFFA-nın İntizam Komitəsinin bu gün keçirilən iclası gənc futbolçulara yaxşı nümunə ola bilməyən çalışdırıcını 5 oyunluq cəzaya layiq bilib.

Qeyd edək ki, “İnter” “Xəzər Lənkəran”la oyunda 3:0 hesabı ilə qalib gəlib.