Mehman Allahverdiyev: Əsas odur ki, biabır olmayaq - MÜSAHİBƏ
03.12.2013 - 14:21
Gəncənin “Kəpəz” klubunun prezidenti Mehman Allahverdiyevin apasport.az saytına müsahibəsi
- Komandanız ölkə kubokunun 1/8 final mərhələsində “Neftçi”nin qonağı olacaq. Sabah baş tutacaq görüş ərəfəsində əhval-ruhiyyəniz necədir: nikbinsiniz, yoxsa öncədən məğlubiyyətlə barışmısınız?
- İdmanda bədbin fikirlərdən uzaq olmaq lazımıdır. Düzdür, “Neftçi” güclüdür, bizim üçün çox çətin olacaq. Ancaq kubokda sürprizlərə tez-tez rast gəlirik. Böyük hesabla uduza da bilərik, başqa cür də ola bilər. Məsələn, penaltilər seriyasında bəxtimiz gətirə bilər. İndiki halda əsas məsələ normal oyun göstərməkdir. Uşaqlar çalışmalıdırlar ki, biabır olmayaq.
- “Kəpəz” yaxın keçmişdə istər çempionatda, istərsə də ölkə kubokunda “Neftçi”nin əsas rəqiblərindən olub. Ancaq bu gün iki komanda arasında böyük fərq var. Vaxtı ilə “ağ-qaralar” üzərində ələ edilən qələbələrin memarı olan Mehman Allahverdiyev bu gün “Neftçi” önündə özünü necə hiss edir?
- Tez-tez keçmişi xatırlayıram, deyirəm kaş ki, o günlər olaydı. Ağlıma gəlməzdi ki, bir gün I divizionda mübarizə aparan “Kəpəz”in prezidenti qismində “Neftçi” ilə oyunu gözləyəcəyəm. Həqiqətən qəribə hisdir, istər-istəməz adama təsir edir. Nə etmək olar, həyat belədir. 15 il öncə olsaydı, heç kim hansı komandanın qalib gələcəyini deyə bilməzdi. Ancaq bu gün favorit “Neftçi”dir, bunu qəbul etmək lazımdır.
- “Kəpəz”in aqibəti niyə belə oldu? Yəni, hər şey maddi problemlərlə bağlıdır, yoxsa başqa amillər də öz təsirini göstərdi?
- Bilirsiniz, bu illər ərzində “Kəpəz”in “Neftçi”, “İnter”, “Xəzər Lənkəran”dakı kimi sponsoru olmadı. Pulsuzluq təkcə komandanın nəticələrinə təsir etmədi, yeni nəslin yetişməsini əngəllədi. İndi demək olar sıfırdan başlamışıq. Əsas məqsədimiz uşaq futbolunu dirçəltməkdir. Gəncə torpağından həmişə yaxşı oyunçular çıxıb, bundan sonra da çıxacaq.
- Komandanızın çempionatda işləri yaxşı getmir, turnir cədvəlində yalnız “Energetik”lə “Göyəzən”in qabaqlayırsınız. Belə bir komandanın kubokda nəyəsə ümid etməsi nə dərəcədə düzgündür?
- Bizim problemlərimizi bilirsiniz. I divizionda uğursuz çıxış edəcəyimiz hardasa gözlənilən idi. Ümid edirəm ki, qış fasiləsində “Kəpəz”i gücləndirə biləcəyik. Hər şey maddi vəziyyətdən asılıdır.
- “Neftçi”ni keçib, ölkə kubokunda yola davam etsəniz, bu, “Kəpəz”in planlarına təsir edəcək?
- Yəqin ki, xarici ölkələrdə I divizion klublarının kubokda uğur qazandığını görmüşük. “Neftçi” səddini keçsək, vəziyyət dəyişəcək.
- Düzünü deyin, sürpriz edəcəyinizə inanırsınız?
- Reallığı göz önünə alıb, danışmaq lazımdır. Məsələn, “Araz Naxçıvan” “Simurq”u mübarizədən kənarlaşdıra bilər. Lakin bizim bunu bacaracağımıza inanmıram. Bu gün “Neftçi”nin ikinci heyəti də “Kəpəz”dən çox güclüdür.
- Baş məşqçi postunda Vidadi Rzayevi əvəzləyən Azər Məmmədov gəncdir. “Neftçi” ilə oyundan öncə ona hansısa məsləhət verəcəksiniz? Ümumiyyətlə, onun işinə müdaxilə edirsiniz?
- Neçə ildir futboldayam, müəyyən məqamlarda təcrübəmi bölüşməkdə problem görmürəm. Amma davamlı şəkildə Azərin işinə qarışsam, onda ondan nə məşqçi olacaq? Bizim üçün onu gənc mütəxəssis kimi Gəncə futboluna qazandırmaq da vacibdir. Gərək işinə peşəkar yanaşasan. Mən heç vaxt ona demərəm ki, taktikanı belə qur, filankəsi oynat. Hər şeyi özü edir. Bəzi məqamlarda məsləhət verə bilərəm, vəssalam.
Sabah həmin baş məşqçi çıxıb deməz ki, Mehman müəllim işimə qarışırdı deyə, belə oldu?
ŞAMO

0
0