Rauf Əliyev: “Bakı” yeni qurulmuş komandadı - MÜSAHİBƏ
03.12.2013 - 14:39
“Bakı” klubunun hücumçusu Rauf Əliyevin apasport.az saytına müsahibəsi
- Topaz Premyer Liqasının XV turunda “İnter”dən üstün oynasanız da, qol vura bilmədiniz. Bu qədər qol epizodu yaratmağınıza rəğmən, istifadə edə bilməməyiniz nədən qaynaqlanır?
- Nə bilim, oyundur da. Xeyli qol şansını boşa verdik. Qol vursaydıq, bəlkə də fərqli oyun izləyəcəkdik. “İnter” hər zaman bu cür fürsət gözləyir. Onlar hücumda oynayan komanda deyillər. Müdafiədən futboluna üstünlük verirlər və vaxtlarını gözləyirlər. Rəqib səhvə yol verən kimi, dərhal istifadə edirlər.
- Həlledici məqamlardan biri də penaltini qaçırdığın epizod oldu. Həmin vaxt özünüzə əmin idiniz?
- Penalti nöqtəsinə yaxınlaşarkən, hər zaman özümə əmin oluram. İnanmasaydım, topu götürməzdim. Penalti zamanı 50 faiz qapıçının, bir o qədər də zərbəni vuran futbolçunun şansı olur. Dueldən rəqib qapıçı qalib ayrıldı.
- Baş məşqçi Milinko Pantiç hücumçulardan şikayətçidir. Serb çalışdırıcı sərəncamında keyfiyyətli forvardın olmamağından danışıb. Onun bu açıqlamasını komandadakı hücumçular üçün hörmətsizlik hesab etmək olarmı?
- Bu, baş məşqçinin fikridir. Əksər komandalarda hücumçuların sayı çoxdur. Bizdə isə cəmi iki nəfərik - məndən başqa Marius Pena.
- Necə fikirləşirsiniz, Pena meydana çıxsa, “Bakı”ya kömək edə bilərdimi?
- Pena ustalıq səviyyəsi yüksək olan futbolçudur. Qol duyumu yaxşıdır. Niyə oynamır? Bu suala baş məşqçi cavab verə bilər.
- “Bakı” turdan tura liderlərdən uzaqlaşır, turnir cədvəlində geriləyir. Bu nə vaxta qədər davam edəcək?
- Oyun planında komanda artırır. Amma nəticə baxımından sabitlik çatışmır. Yenə deyirəm, yeni qurulmuş komandayıq. “Qarabağ”la “Neftçi” xeyli vaxtdır komplektləşib, uzun müddətdir bir yerdə oynayırlar. Biz də isə problemlər var. Hazırkı heyətdə yer alanlardan 2-3 nəfəri bir yerdə oynayıb, qalanları yeni gəlib. Problemin tədricən yoluna qoyulacağına inanıram.
- Sabah ölkə kubokunun 1/8 final mərhələsinin oyunları keçiriləcək. “Sumqayıt”la qarşılaşacaqsınız. Çempionatdakı uğursuzluğu kubok qarşılaşmasında sığortalamaq mümkündürmü?
- Mümkündür. “İnter”lə görüşü unutmuşuq. “Sumqayıt”la çətin oyunumuz olacaq. Rəqib turnir cədvəlinin sonuncu pilləsində qərarlaşmasına baxmayaraq, sona qədər mübarizə aparır, vuruşur. Birinci dövrədə onları çox çətinliklə udmuşduq (1:0).
- “Bakı” mərhələ adlaya bilməsə, sizin üçün faciə olacaqmı?
- Təbii ki, faciə olacaq. İndiki məqamda mübarizəni erkən dayandırmaq olmaz. Tez uduzsaq, bu problem yarada bilər. Yaxşı hazırlaşmalı, qələbə qazanmalıyıq.
- Son günlərdə klubla bağlı yenə xoşagəlməz xəbərlər yayılır. Bu dəfə müqavilə müddətində futbolçuların aldadıldığı bildirilir. İddialar nə dərəcədə həqiqətə uyğundur?
- Bu qədər söz-söhbətin haradan yarandığını anlamıram. Belə bir problem yoxdur.
- Sizin müqaviləniz nə vaxt bitəcək?
- Gələn il bu vaxt.

0
0