Levandovskinin xanımı dünya çempionu oldu
03.12.2013 - 14:47
Levandovskinin xanımı dünya çempionu oldu
Polşa millisinin və Dortmund “Borussiya”sının hücumçusu Robert Levandovskinin həyat yoldaşı Anna Staçerskaya dünya çempionu olub. Apasport.az saytının məlumatına görə,
xanım idmançı Çexiyanın paytaxtı Praqada keçirilən fudokan-karate üzrə yarışda qızıl medala layiq görülüb.

Levandovski həyat yoldaşının uğuru barədə “facebook”dakı səhifəsində bunları yazıb: “Anna ilə fəxr edirəm. O, buna layiq idi, çünki həddindən çox məşq edirdi. Çox gözəl xəbərdir. Bu uğur onun karyerasının zirvəsidir”.

Qeyd edək ki, Robert Levandovski ilə Anna Staçerskaya uzun müddət bir yerdə olsalar da, bu il rəsmi nikaha giriblər.