“Rəvan” Lökbatandan qorxdu
03.12.2013 - 15:01
“Rəvan” Lökbatandan qorxdu
Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunlarından birinin başlama vaxtı və yeri dəyişdirilib. Apasport.az saytının məlumatına görə, sabah keçiriləcək “Qaradağ Lökbatan” – “Rəvan” matçı əvvəlcədən nəzərdə tutulduğundan 1 saat tez başlayacaq. Üstəlik, bu qarşılaşma qonaqların meydanında baş tutacaq.

Belə ki, saat 13:00-da deyil, 12:00-da start götürəcək paytaxt derbisi “Bayıl Arena” stadionunda keçiriləcək. Buna səbəb Lökbatan Olimpiya İdman Kompleksinin stadionunun ot örtüyünün yaxşı vəziyyətdə olmamasıdır.

04 dekabr (çərşənbə)
12:00. “Qaradağ Lökbatan” – “Rəvan”
“Bayıl Arena” stadionu