Endi Koul millimizin futbolçuları ilə eyni komandada
03.12.2013 - 15:22
Bu gün İngiltərənin "Mançester Yunayted" klubunun sabiq futbolçusu Endi Koulun azərbaycanlı uşaqlarla görüşü təşkil olunub. Apasport.az saytının məlumatına görə, ölkəmizə qonaq kimi dəvət olunan futbol veteranı "Bakcell Arena"da keçirilən tədbirdə meydana da çıxıb.
Karyerası ərzində "Arsenal", "Fulhem", "Bristol Siti", "Nyukasl Yunayted", "Blekbern Rovers", "Mançester Yunayted", "Portsmut", "Mançester Siti", "Birmingem", "Sanderlend", "Bernli", "Nottinqem Forest" klublarında, həmçinin İngiltərə millisində çıxış edən Koul bu dəfə yığmamızın üzvləri Kamran Ağayev və Mahir Şükürovla eyni komandada oynayıb. Bu “üçlük” yeniyetmələrə qarşı futbol oyununda qüvvəsini sınayıb.
Maraqlıdır ki, qarşılaşma zamanı balaca futbolçular Koulu karyerasını davam etdirən həmsoyadı Eşli ilə səhv salıblar. Onlar görüş zamanı bir neçə dəfə səhvən məhz bu oyunçunun adını səsləndiriblər.

0
0