Mahir Şükürov: Əsəblərimiz tarıma çəkilmişdi - MÜSAHİBƏ
03.12.2013 - 17:02
“Neftçi” klubunun müdafiəçisi Mahir Şükürovun apasport.az saytına müsahibəsi
- Topaz Premyer Liqasının XV turunun “Sumqayıt”la oyununu cəza ucbatından buraxdınız. Sizdən başqa, Denis Silva da cəzalı olduğu üçün meydana çıxmamışdı. Nəticədə müdafiə xəttində problemlər yaranmışdı. Kənardan bu nə dərəcədə hiss olunurdu?
- “İnter”lə oyunda sarı vərəqə aldığım üçün cəzalı duruma düşmüşdüm. İstəməzdim ki, “Sumqayıt”la görüşdə komandamı çətin vəziyyətdə qoyum. Ancaq futbolda cəza da olur. Nəticədə sarı vərəqlərim silindi. Qarşıda bizi daha çətin oyunlar gözləyir. Sözsüz, yoxluğumuz komandaya təsir etdi. Fasiləyədək bizim, ikinci hissədə isə rəqibin oyunçuları yaxşı çıxış etdilər. Vacib olan 3 xal qazanmaq idi. Hava şəraiti pis idi, uşaqlar istədiyi oyunu nümayiş etdirə bilmirdi. Bəzən olur ki, yaxşı oynayırsan, ancaq qələbə qazana bilmirsən. Elə də olur ki, istədiyin kimi oynaya bilmirsən, amma 3 xal qazanırsan.
- Cari mövsümdə “Sumqayıt”a qarşı oyununuz istənilən səviyyədə alınmır. Hər halda, birinci dövrədə də bu rəqibi məğlub edə bilməmişdiniz…
- Rəqibin heyətində gənc futbolçular çoxdur. Onlar da istəyirlər ki, özlərini yaxşı tərəfdən göstərsinlər. Ona görə də müqavimət göstərirlər.
- Hakim idarəçiliyi ilə bağlı narazılıq çox oldu. Xüsusilə, komandanızın qapısına təyin edilməyən penalti epizoduna görə…
- Rəqib də qolu əllə vurmuşdu. Səhv olanda olur. Fariz Yusifov ən yaxşı hakimlərimizdəndir. Ona hörmətim var.
- Belə çıxır ki, Fariz Yusifov səhvi səhvlə sığortalamağa çalışıb...
- Mübahisəli vəziyyət idi. Top əli tapmışdı, əl topu yox.
- Bayaq sarı vərəqə ucbatından cəzalı olduğunuzu dediniz. Əksər futbolçular zəif rəqiblə qarşılaşmadan öncə qəsdən vərəqə limitini doldurur ki, aktivindəki “sarılar” silinsin. “İnter”lə oyunda siz də bu variant seçmişdiniz?
- Xeyr, sadəcə, həmin oyunu uduzurduq. Əsəblərimiz tarıma çəkilmişdi. Meydanda sərt oyun gedirdi. Həmin epizodda birinci məni vursalar da, hakim rəqibi cəzalandırmadı. “Sumqayıt”la oyun gəlirdi deyə, qəsdən sarı vərəqə almadım.
- “Neftçi”nin oyunlarında tez-tez qalmaqal baş verir və bu, mətbuatda geniş işıqlandırılır. Komandanıza qarşı antipatiyanın yarandığını hiss edirsinizmi?
- “Neftçi” güclüdür, ona görə. Sübut edirik ki, komanda əbəs yerə çempion olmayıb. Hazırda da turnir cədvəlinə başçılıq edirik. Rəqiblərimiz bizə qarşı ciddi yanaşır.
- “Sumqayıt”la görüşdə “Neftçi”dən icarəyə götürülən futbolçuların oynamasına qadağa qoyulması klubunuzun adına yaraşan hərəkət idi?
- Bu, rəhbərliyin işidir. Danışıq aparılan zaman qarşılıqlı razılıq əldə edilir. Tək “Neftçi” bu addımı atmayıb. “Simurq” da, “Qarabağ” da bu cür edib. Rəhbərlik arasında olan söhbətdir.
- Amma I dövrədə oynamışdılar. Bəlkə həmin görüşdə qeydə alınan qolsuz heç-heçə klub rəhbərliyini qorxuya salıb…
- Nə deyim? İnanmıram.
- Qarşıdan “Kəpəz”lə kubok matçı gəlir. Vaxtilə əzəli rəqibiniz olan, indi isə yarımcan halda var-gəl edən Gəncə təmsilçisi ilə duel haqda nə deyə bilərsiniz?
- “Kəpəz” ölkənin köklü klublarındandır. Yeni heyət yığıblar. Baş məşqçiləri də yenidir. Onlara gələcəkdə uğurlar arzulayıram. İstərdim ki, Premyer Liqaya yüksəlsinlər.
- Həftəsonu daha vacib oyununuz var. Söhbət ən yaxın izləyiciniz olan “Qarabağ”la qarşılaşmadan gedir. Lider dəyişə bilərmi?
- “Kəpəz”lə oyun da vacibdir. Amma “Qarabağ”la duel daha önəmlidir. İstəyirik ki, dekabrın sonunda qış fasiləsinə lider kimi yollanaq. Bu matçda məsələni həll etməyə çalışacağıq.

0
0