“Baş məşqçi təyin olunan gün Toşaka dedim ki...”
04.12.2013 - 00:01
“Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirovun apasport.az saytına müsahibəsi
- Mustafa Dənizlinin “Xəzər Lənkəran”nın baş məşqçi təyin olunması öncədən planda var idi, yoxsa ani qərardır?
- Qətiyyən yox. Komandamızın sabiq çalışdırıcısı Con Toşak “Bakı” ilə oyundan sonra keçirilən klubdaxili iclasda getmək istədiyini söylədi. Bildirdi ki, rəhbərlik hər cür şərait yaratsa da, qarşıya qoyulan tapşırığın öhdəsindən gələ bilmədim. Aydın məsələdir ki, komandanın cari mövsümdəki çıxışı bizi heç cür qane edə bilməz. Klubun tarixində görünməyən məğlubiyyətlər aldıq. Hər şeyə rəğmən, son anadək Toşaka dəstək verdik. Lakin vəziyyəti dəyişmək mümkün olmadı. Onun istefasından sonra baş məşqçi axtarışına başlanıldı və tezliklə Mustafa Dənizli ilə razılıq əldə olundu.
- Con Toşak kimi adlı-sanlı mütəxəssis niyə “Xəzər Lənkəran”da işləyə bilmədi?
- Biz klub olaraq üzərimizə düşəni etdik. O, özü də etiraf etdi ki, etimadı doğrultmadı.
- “Xəzər Lənkəran”ın məşqçisi Emin Quliyev Con Toşakın uğursuzluğunun səbəbini yanlış transferlərdə görür. Bu barədə nə deyə bilərsiniz?
- Bu, Emin Quliyevin şəxsi fikridir. Gedənin arxasınca danışmaq kimi çıxmasın, baş məşqçi təyin olunan gün Toşaka dedim ki, öncə məşqçilər korpusunu formalaşdır, özünə tanınmış bir köməkçi gətir.
- Bəs Toşak nəyə görə bunu etmədi?
- Nə deyim, bu cür məsləhət bildi. Biz isə işinə qarışmaq istəmədik.
- Mustafa Dənizli variantı üzərində dayanarkən, onun son 13 ildə yalnız “Beşiktaş”da ardıcıl 2 mövsüm işlədiyinə diqqət yetirmisiniz? Yəni, əminsiniz ki, mövsümün sonunda komandanı tərk etməyəcək?
- Məsələyə bu cür yanaşmaq düz deyil. Elə məşqçi olub ki, 5 ildə 5 klub dəyişib, amma “Xəzər Lənkəran”a gələrək, uğur qazanıb. Hesab edirəm ki, mentalitetin çox böyük rolu var. Con Toşakın uğursuzluğunun səbəblərindən biri də mentalitet məsələsi idi. Digər tərəfdən, uelsli mütəxəssis daha öncə top-klublarda tanınmış futbolçularla işləmişdi və peşəkarlıqdan başqa heç nə görməmişdi. Ona görə bayaq qeyd etdim ki, Toşak Azərbaycanda tək baş çıxarda bilməzdi. Buradakı futbolçuların əksəriyyətinin müəyyən problemləri var. Həmin köməkçilər onlara nəzarət etmək üçün lazım idilər. Toşakdan fərqli, Dənizli türkdür, dilimiz, dinimiz eynidir. Azərbaycan mühitinə daha tez alışacaq.
- “Xəzər Lənkəran”ın son illər tez-tez baş məşqçi dəyişməyi problemin yalnız çalışdırıcılarla bağlı olmadığını göstərir? Düşünmürsünüz ki, heyətə ciddi əl gəzdirmək lazımdır?
- Klubda heyəti baş məşqçi formalaşdırır. Biz heç vaxt nə transfer işinə qarışmışıq, nə də heyət formalaşdırmışıq.
- Ancaq nəzərə alın ki, əksər məşqçilər heyət formalaşdırmağa macal tapmadan postlarından gediblər...
- Yenə deyirəm, biz heç vaxt baş məşqçilərin işinə qarışmamışıq. Kimi istəyiblər almışıq, kimi istəyiblər göndərmişik.
- Bəlkə, əsas problem elə baş məşqçilərə bu qədər səlahiyyət verilməsidir? Hazırkı heyətə baxsaq, məsələn, Mirça Rednik, Cüneyt Biçər, Yunis Hüseynov, Karles Bakesə kimi çalışdırıcıların hərəsindən 2-3 “yadigar” qalıb. Bu cür qarışıqlıqdan çətin ki, kimsə baş çıxartsın...
- Şəxsən mən həmişə Azərbaycanda çıxış edən legionerlərin kluba cəlb olunmasının əleyhinə olmuşam. Ancaq bu işdə söz sahibi deyiləm. Bunu baş məşqçilərin ixtiyarına buraxmışıq. Onu da qeyd edim ki, həmişə bizim gətirdiyimiz oyunçulara rəqiblər göz dikiblər. Artıq transfer işləri sabiq oyunçumuz Mario Souzaya həvalə olunub. Avqust ayından işinə başlayıb. Onun namizədliyini klub prezidenti irəli sürüb. Souzanın bu postda faydalı olacağına inanırıq.
- Mustafa Dənizlinin debütü nə vaxta nəzərdə tutulub?
- Sabah Azərbaycan kubokunda “Neftçala” ilə oyunda debüt edəcək. Dekabrın 5-də isə ictimaiyyətə təqdim olunacaq.
ŞAMO

0
0